Sumqayıtda iki avtomobilin iştirakı ilə qəza qeydə alınıb. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Hadisə Nizami küçəsində (“Karvan” bazarına gedən yolda) baş verib. “Lada Priora” və “Hyundai Santa Fe” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərin ön hissələrinə ciddi ziyan dəyib.