Sumqayıtda yeni şirkət yaradılıb. Sumqayı24 bu haqda 6 iyul tarixində Report.az-a istinadən xəbər verir.
Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nizamnamə kapitalı 4.376.010 manat olan "Mir Oil" MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin qanuni təmsilçisi Süleyman Əyyub oğlu Musayevdir.