Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayı binasının daxilində və ərazisində genişmiqyaslı iməcilik keçirilib. Bu haqda 17 mart tarixində Sumqayıt24 xəbər verir.
Novruz bayramı ilə əlaqədar təşkil olunan iməcilikdə Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrin əməkdaşları iştirak ediblər. Kollektivlər ağaclara qulluq göstərib, ərazini tullantılardan təmizləyib və mədəniyyət evinin otaqlarını səliqəyə salıb.