“Novus Plastica” MMC-nin Polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaqdadır. Sumqayıt24 bu haqda İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur. İndiyədək görülən işlərə artıq 7,8 milyon manatdan artıq sərmayə qoyulub və işlərin təqribən 70%-i tamamlanıb. Burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin istehsalı həyata keçiriləcək.
İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsullar daxili bazarda satılacaq və Türkiyə, MDB ölkələrinə ixracı olunacaq.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-də 50-dək insan daimi işlə təmin ediləcək.