top
Novxanı çimərliyinə gedən 100 uşaq xəstələnib - İDDİA 
06 avqust 2025, 06:22
- ↺ +

Novxanı çimərliyinə gedən 100 uşaq xəstələnib - İDDİA 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron Rayon Mərkəzi Xəstəxanasına son günlər 100-dən çox uşaq gətirildiyi və onların əksəriyyətinin çimərliyə getdikdən sonra vəziyyətinin pisləşdiyi iddia olunur.

Oxu.az-ın məlumatına görə, gələnlərin əksəriyyətinin Novxanı çimərliyi ərazisində olduqları, onlarda ishal, qızdırma və qusma kimi halların özünü göstərdiyi bildirilir.

Yetkin şəxslər isə dənizə getdikdən sonra ishal və mədə yanması yarandığını qeyd ediblər.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb:

"Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə mərkəz tərəfindən monitorinqlər davam etdirilir. Monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir".

Maraqlıdır, bəs görəsən, çimərliklərdən uşaqlara hansı infeksiya keçə bilər?

Pediatr Aytən Ziyadova Oxu.az-a açıqlamasında bildirib ki, xüsusilə dəniz sahilinə gedən uşaqlar arasında mədə-bağırsaq infeksiyalarının artması ciddi ictimai sağlamlıq problemidir:

"Bu tip hallarda infeksiyanın çirkli dəniz suyuna təmas vasitəsilə yayılması ehtimalı yüksəkdir. Enterovirus, koksaki virusları dəri səpgiləri ilə müşahidə edilən ağızda yaralar, boğaz ağrısı, qızdırma, iştahasızlıq və halsızlıqla nəticələnir. Uşaqlar bu virusa yoluxduqda daha ağır keçir. Rotavirus və norovirus da təhlükəlidir. Su ilə təmasda keçir. Tez-tez ishal, qusma, yüksək hərarət ilə özünü göstərir.

Bakterial infeksiyalardan salmonella, şigella, e.coli (Eşerixia koli) çirkli və kanalizasiya suyu qarışmış dəniz sularından keçə bilər. İshal, qızdırma, qarın ağrısı və bəzən qanlı ishal ilə özünü göstərir.

Parazitar infeksiyalardan giardia təmiz olmayan su ilə təmasda yoluxa bilər. Qarın şişkinliyi, ishal, halsızlıq və davamlı mədə narahatlığı yaradır. Əsas simptomları isə qusma, ishal, mədə yanması və ümumi halsızlıqdır".

O qeyd edib ki, uşaqlarda üç gündən artıq yüksək hərarət, ishal varsa, stasionar şəraitdə müalicə edilməlidir:

"Əsas diqqət edilməli əlamətlər iki dəfədən artıq qusma, dörd dəfədən artıq ishal, uşaqlarda ağız quruluğu, susuzluq, ağlayanda gözdən yaş gəlməməsi, sidiyə çıxa bilməmədir. Təcili yardımın lazım gəldiyi əlamətlərə yüksək, düşməyən hərarət, qanlı ishal, qusma ilə bərabər, halsızlıq və özündəngetmə aiddir.

Vətəndaşlar təmiz çimərliklərə üz tutsalar, yaxşı olar. Çimərlikdən sonra bədəni təmiz su ilə yumaq lazımdır. Həmçinin bədəni yoxlamaq lazımdır. Hər hansı səpgi olarsa, həkimə müraciət edilməsi sağlamlıq üçün vacibdir".

İnfeksionist Mərdan Əliyev isə açıqlamasında vurğulayıb ki, bəzi ərazilərdə dəniz suyu çimmək üçün normativlərə uyğun deyil:

"Hər il Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dəniz suyundan nümunələr götürür. Müayinə nəticəsində çirklilik dərəcəsi, çimmək üçün uyğun olub-olmadığı müəyyən edilir. Xüsusilə Şıx çimərliyində, habelə digər ərazilərdə çirklilik yüksəkdir və çimmək üçün yararsızdır. Suda e.koli indeksi normadan yüksək çıxır. Dənizlər kanalizasiya suları ilə çirklənmiş vəziyyətdədir. Yaşlılar və uşaqlar üçün bu suda çimmək tövsiyə edilmir. Çünki onların immun sistemi zəifdir. Suda olan bakteriyalar onlara daha çox təsir edir.

Suyun udulması, hansısa formada suda təmasda olmaq, əllər yuyulmadan qidaların qəbul edilməsi mədə-bağırsaq sistemində müəyyən xəstəliklərə səbəb ola bilər. Bu zaman ishal baş verir. İshal su və elektrolitlərin itirilməsinə səbəb olur. Vaxtında müalicə edilmədikdə ölümə gətirib çıxara bilər. Xüsusilə də uşaqlarda bu baş verə bilir".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Bu gün, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Bu gün, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Bu gün, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Oxşar xəbərlər