Novxanı kəndində “Açıq mikrofon” aksiyası çərçivəsində görüş keçirilib. Bu haqda bu gün, 23 fevral tarixində “Azəriqaz” İB öz Facebook hesabında xəbər verir.
Görüşdə qurumun rəhbər şəxsləri və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Aksiya zamanı sakinlərin təklifləri dinlənilib və sualları cavablandırılıb.
Müraciətlər payız-qış mövsümlərində təbii qazın aşağı təzyiqlə verilməsi və digər məsələrərlə bağlı olub. Bəzi müraciətlərin icrası üçün tapşırıqlar verilib. Digər müraciətlər isə araşdırılaraq rəhbərliyə təqdim olunacaq.