Novxanıda törətdiyi qəza ilə 4 nəfəri həyatdan edən Elşad Kəlbəliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər. Bu haqda bu gün, 5 mart tarixində APA-ya istinadən xəbər veririk.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror, çıxışında Kəlbəliyevin verilmiş ittihamla təqsirli bilinərək, qeyd edilən müddətə həbs olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses martın 15-də davam etdiriləcək.
Xatırladaq ki, həmin qəza ötən il baş vermişdir.