Novxanı qəsəbəsində atmosfer havasının keyfiyyəti yoxlanılıb. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva, qış dövrü üçün monitorinqlərin bitdiyini bildirib. Novxanıda aparılan monitorinq zamanı dövlət investisiyası çərçivəsində alınan mobil laboratoriyadan istifadə olunub. Nəticədə müəyyən edilib ki, ərazidəki çirklənmə, yol verilən qatılıq həddi normasından aşağıdır.
Onun sözlərinə görə, Novxanı azot 4 oksidlə ən az çirklənən qəsəbələrdən biri olub.
Qeyd edək ki, növbəti monitorinq aprel və may aylarında aparılacaq.