Novxanı qəsəbəsində yol qəzası baş verib. Sumqayıt24 bu haqda bu gün, 8 aprel tarixində APA-ya istinadən xəbər verir.
Məlumata əsasən, yol-nəqliyyat hadisəsi Saray qəsəbəsinə gedən şosedə qeydə alınıb. “Toyota Prius” markalı avtomobil kəsişmədə olan eyni markalı digər avtomobilin qarşısına çıxan zaman toqquşma baş verib. Hadisədə iki sərnişin xəsarət alıb. Vətəndaşlar xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.