Novxanı qəsəbəsində yerləşən qəbiristanlıqda digərlərindən seçilən məzar daşları var. Sumqayıt24 bu haqda bu gün, 25 aprel tarixində xəbər verir.
Sözügedən qəbiristanlıqda qəbirlərin əksəriyyəti o qədər qədimidir ki, burada hətta sandıq qəbirlərə də rast gəlmək olar. Ən diqqətçəkən qəbirüstü abidələrdən biri isə daşdan hazırlanmış yük maşınıdır. Məlumata görə, burada dəfn olunmuş şəxs 19 il sürücülük üzrə təlimçi vəzifəsində çalışıb.
Bundan əlavə, digər bir neçə məzar daşının arxasında vəfat edən şəxsin peşəsinə uyğun simvollar qoyulub. Məsələn sağlığında bərbər işləyən bir nəfərin baş daşının üzərində qayçı-daraq, dərzi olanın isə tikiş maşını əks olunub.