Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 1 mart tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
“Mercedes” markalı avtomobil sol tərəfdən hərəkət edən “Toyota” markalı maşını gözləmədən əsas yola çıxıb. Nəticədə nəqliyyat vasitələri toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb.