Yenilənib saat 11:30
Şairin hazırkı vəziyyəti məlum olub. Bu haqda tele-aparıcı Lalə Azərtaşın rəsmi sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Məlumata görə, Cəlal Qurbanov artıq reanimasiya şöbəsindən palataya köçürülüb və həyati təhlükəsi yoxdur.
Saat 09:30
Novxanı ərazisində tanınmış şair at çapan zaman ağır xəsarət alıb. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində ictimai fəal Hacı Nuran Hüseynovun sosial şəbəkə hesabına istinadən xəbər verir.
Belə ki, Cəlal Qurbanov səhər saatlarında övladları ilə birgə dəniz sahilində at çapırdı. Bu zaman onların ardınca düşən itlərdən hürkünən at yıxılır. Nəticədə şair paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.