Novxanı-Pirşağı yolunun kənarındakı çimərlikdə boğulan şəxsin fotosu yayılıb.
Cenublu.az-ın məlumatına görə, boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışan 22 yaşlı Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Əliyev əslən Lerik rayonunun Hiveri kəndindən olub.
O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb, lakin digər yeniyetmə - 16 yaşlı Əli Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.