Novxanıda yolunda baş vermiş qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda Daxili İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, yol-nəqliyyat hadisəsi dekabrın 15-də saat 23 radələrində baş verib. K.Verdiyevin idarə etdiyi “Opel” və Əbülfət Mövsümovun idarə etdiyi “Audi” markalı avtomobillər toqquşub. Nəticədə Mövsümov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.