Novxanıda 2 nəfər dənizdə boğulub. Sumqayıt24 bu barədə 13 avqust tarixində Apa-ya istinadən məlumat verir.
Hadisə Novxanı sularında, nəzarətsiz ərazidə qeydə alınıb. FHN-in dalğıc-axtarış qrupu tərəfindən batan şəxslərin cəsədləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onlar 21 yaşlı Nigar Qasımova və 23 yaşlı Əliağa Məmmədovdur.