Novxanı qəsəbəsində avtomobil dərəyə yuvarlanıb. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.
Hadisə “Miracle” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. "Opel" markalı avtomobilin sükanı arxasında olan 56 yaşlı Rasim Ağayev idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan sərnişin, 48 yaşlı Nəzakət Ağayeva hadisə yerində ölüb.