Novxanıda oğurlanan maşın ilə qəza törədilib. Sumqayıt24 bu haqda bu gün, 7 mart tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Novxanı qəsəbəsində, zərərçəkmiş Könül Məmmədova gül almaq üçün maşından enərkən baş verib. Vidadi Quliyev “Mitsubishi” markalı avtomobilin qapılarının açıq olmasından istifadə edərək, onu qaçırıb.
Binəqədi-Novxanı şosesində avtomobil bir neçə maşın ilə toqquşaraq alovlanıb. Əraziyə cəlb olunan FHN-nin əməkdaşları yanğını söndürüblər.
Avtomobili oğurlamaqda şübhəli bilinən V. Quliyev saxlanılaraq Post Patrul Xidmətinə təhvil verilib.
Araşdırma aparılır.