Xəzər dənizinin Novxanı sahilində suiti cəsədi aşkarlanıb. Sumqayıt24 bu haqda 10 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən monitorinq aparılıb. Nəticədə tapılan cəsəddən nümunələr götürülüb. Heyvanın tələf səbəbi analizlərdən sonra aydınlaşacaq.
Qeyd edək ki, son günlər Xəzəryanı ərazilərdə “Qırmızı kitab”a daxil olan çox sayda suitinin cəsədi tapılıb.