Noyabr ayı üçün qeyri-iş günləri açıqlanıb.
Sumqayıt24 xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.
Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.