Bu gün nur üzlü şəhid Elvin İsmayılovun doğum günüdür. O, 28 mart 2002-ci ildə Sumqayıt şəhərində anadan olub.
İsmayılov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr 2020-ci ildə sözügedən rayon istiqamətində şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Elvin İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.