Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Sumqayit24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Buna qədər B.Əhmədov Qazax Hərbi Prokuroru vəzifəsində çalışıb.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.