Sumqayıtda qanunsuz tikinti işlərinin aparılmasına yenidən cəhd göstərilib. Bu barədə 23 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ötən ay 1-ci mikrorayonda (Sülh küçəsi) icazəverici sənədlər olmadan, yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla aparılan qanunsuz tikintinin qarşısı alınıb və obyekt sökülüb.
Lakin FHN-dən verilən məlumata görə, tikinti işləri davam etdirilib. Agentliyin əməkdaşları tərəfindən 22 yanvar tarixində ərazidə yoxlama keçirilib. Nəticədə qanunsuz tikinti işlərinin təkrar qarşısı alınıb və söküntüyə başlanılıb.