“İntellektual Klubların Gənclər Liqası” üçün qeydiyyat davam edir. Bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin ən böyük intellektual yarışında iştirak etmək istəyən gənclər link və ya "GencApp" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi bu gün, 28 aprel saat 23:59 kimi müəyyən edilib.