Sumqayıt Dövlət Universitetində “Onun hekayəsi” adlı kitabın təqdimatı keçirilib. Bu haqda bu gün, 23 may tarixində universitetin saytına istinadən xəbər veririk.
Kitab Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, tərcüməçi-yazar Əli Rzazadəyə məxsusdur. Mərasimdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçılar Kənan Hacı, Azər Qismət, şairə Gülnarə İsrafil və müəllifin yaxınları iştirak ediblər.
“Onun hekayəsi” kitabı gənclər arasında mənəvi-psixoloji hazırlığın yüksəldilməsində vacib rol oynayacaq. Əsərdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş bədii nümunələr təqdim olunub.
Bu əsər Əli Rzazadənin sayca 7-ci kitabıdır.