AQTA Sumqayıt şəhərində yerləşən ticarət obyektlərində monitorinq keçirib. Sumqayıt24 bu barədə 31 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin 40-cı məhəlləsində yerləşən "Ordubad" marketində Azərbaycan dilində markalanması olmayan məhsulların, eləcə də ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.