Kitabxana klubunda “Qılınc və qələm” romanının müzakirəsi keçirilib. Bu haqda bu gün, 17 mart tarixində Mədəniyyət Xəbərləri məlumat verib.
Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına kitabxana klubunda baş tutub. Müzakirə M. Ordubadinin 150 illiyi ilə əlaqədar təşkil edilib. Tədbirdə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi təsvir edilən bu romanda baş verən hadisələr maraqlı və məntiqli şəkildə müzakirə olunub.