Yenilənib saat 16:00
Ölən piyadanın, 39 yaşlı Saray qəsəbə sakini Lalə Nağıyeva olduğu məlum olub.
--------------------------------------------------------------------------------------------------------
Saat 09:40
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Sumqayıt24 bu haqda bu gün, 14 mart tarixində APA-ya istinadən xəbər verir.
Hadisə axşam saatlarında, Zülfü Hacıyev küçəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən orta yaşlı qadını "Mercedes" markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın dünyasını dəyişib. Sürücü saxlanılıb, onun avtomobil isə duracağa yerləşdirilib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Onun kimliyi hələlik məlum deyil.