Ötən il Bakı-Sumqayıt elektrik qatarlarından 2 milyon 746 min 748 nəfər yararlanıb. Əvvəlki illə müqayisədə bu, 51,1% çoxdur. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Bu rəqəm, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin qatarlarından istifadə edənlərin sayından 97,2%-ni təşkil edib. Qeyd edək ki, 2021-ci ildə ADY 2 milyon 826 min 092 nəfəri daşıyıb. Bu isə 2020-ci ilə nisbətən 33% çoxdur.