top
“Ov”, “yev” sonluqlu soyadlar hansı hallarda DƏYİŞDİRİLMƏLDİR?
14 iyul 2025, 00:39
- ↺ +

“Ov”, “yev” sonluqlu soyadlar hansı hallarda DƏYİŞDİRİLMƏLDİR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda vətəndaşların sovet dönəmindən qalan “-ov”, “-yev” sonluqlu soyadlarının dəyişdirilməsi məsələsi illərdir ki, ictimai müzakirə mövzusudur.

Modern.az-ın məlumatına görə, “-ov”, “-yev” sonluqlu soyadların dəyişdirilməsi üçün hüquqi imkanlar mövcuddur.

Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Eyni zamanda, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsi əsasında onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Qeyd edək ki, soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Şəxsin soyadının sonluğu dəyişdirildikdə onun vətəndaşlıq vəziyyətinə dair akt qeydlərində (doğumu, nikahı, övladlarının doğumu və sair) soyadının sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə yeni şəhadətnamələr təqdim olunur.

Bundan əlavə, soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum nəzərdə tutulmayıb.

Həmçinin yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq Qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Hazırda soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Oxşar xəbərlər