Sumqayıtda “Özəl təhsil müəssisələrində stresin idarəolunması” mövzusunda təlim keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
KOB İnkişaf Mərkəzinin təşkil etdiyi pulsuz görüşdə 9 sahibkar iştirak edib. Çıxış edən ekspert korporativ mühitdə stresin idarəolunması, həllyönümlü yanaşmaların tətbiqi, emosional zəkanın inkişaf etdirilmə metodlarından bəhs edib. Həmçinin stres yaradan nüanslar, bu halların aradan qaldırılması və idarəolunması yolları iştirakçıların diqqətinə çatdırılıb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallara cavab verilib.