Özbəkistan nümayəndə heyəti üçün Sumqayıt Sənaye Parkına mediatur təşkil edilib.
Sumqayit24.az xəbər verir ki, mediatur çərçivəsində qonaqlara burada fəaliyyət göstərən müəssisələr, tətbiq olunan innovativ texnologiyalar barədə geniş məlumat verilib.
Diqqətə çatdırılıb ki, Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.