Vətən müharibəsi şəhidi Adil İbrahimlinin adı əbədiləşdiriləcək. Bu haqda bu gün, 10 iyun tarixində Sumqayıt24 Palmali Group of Companies-a istinadən xəbər verir.
Mübariz Mənsimov Adilin atası Asəm bəyə zəng edərək, niyyətini gerçəkləşdirməyə icazə alıb. Gəmi iyunun 12-si İstanbuldan səfərlərini davam etdirəcək.
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimlinin ailəsi Türkiyəyə dəvət edilib.
Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.