Sumqayıt şəhərində istirahət guşəsi təmir edilir. Bu barədə Sumqayıt24 15 avqust tarixində xəbər verir.
Park Sülh və Bakı küçələrinin kəsişməsində yerləşir. Aidiyyəti qurumun əməkdaşları hazırda piyada səkilərini tamet daşları ilə döşəyirlər. Ərazidə xüsusi texnika və canlı qüvvə çalışır. Təmir işlərinin 1 aya yekunlaşması nəzərdə tutulur.