Sumqayıtda “parkovşik”ə qarşı fiziki təzyiq göstərən qadın Polis İdarəsinə dəvət olunub. Sumqayıt24 bu haqda bu gün, 6 aprel tarixində BakuTV-yə istinadən xəbər verir.
Hadisə “Karvan” ticarət mərkəzinin yanında baş verib. Belə ki, avtomobilindən enən qadın, yolun qırağında dayanan parkinq işçisinə yaxınlaşır və ona ayaqla zərbələr endirir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin qadın barəsində qanunamüvafiq tədbirlər görüləcək.