Sumqayıtda parkinq işçisini təpikləyən qadının kimliyi açıqlanıb. Bu barədə Qafqazinfo-ya istinadən xəbər veririk.
Xəbər verdiyimiz kimi, hadisə dünən, 6 aprel tarixində “Karvan” ticarət mərkəzinin yanında qeydə alınıb.
Araşdırma zamanı həmin qadının Sumqayıt şəhər sakini Günay Dayanova olduğu məlum olub. O, Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. Ailəlidir və iki uşağı var.
Hücuma məruz qalan “parkovşik” isə "İbiş" ləqəbli İbrahim Cabbarovdur. Onun, nitq qüsurlu olduğu bildirilib.
Qeyd edək ki, Günay Dayanova inzibati məsuliyyətə cəlb edilib.