Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdi uğur qazanıb. Bu barədə 14 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Xalq Çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə 2-ci sinifdə təhsil alan Xəyal Musazadə "Payız Əfsanələri 2022" adlı incəsənət və rəqs müsabiqəsində iştirak edib. Münsiflər heyəti onu 3-cü yerə layiq görüb.
Şagirdi ixtisas fənni üzrə müəllimi Nəsibə Rəsulova hazırlayıb.