Sumqayıt Perinatal Mərkəzin baş həkimi təltif olunub. Bu haqda bu gün, 30 mart tarixində mərkəzin Facebook hesabında xəbər yayılıb.
Məlumata əsasən, mərkəzin baş həkimi Təranə Rəcəbli 50 illik yubileyi ilə əlaqədar Fəxri fərmanla təltif edilib. Rəcəbli həmçinin, şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edir.
Fərman YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tərəfindən təqdim olunub.