Sumqayıtda həkimlər üçün təlimlərə start verilib. Bu haqda bu gün, 18 iyul tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Perinatal Mərkəzdə simulyasiya avadanlığı ilə endoskopik cərrahiyyə üzrə təlimlər keçirilir. Təlimlər 3 gün davam edəcək. Tədbir iştirakçılarına simulyasiya avadanlıqlarından düzgün istifadə qaydaları və texniki laparoskopiya vərdişləri öyrədiləcək.