Perinatal mərkəzdə İnfeksion nəzarət komitəsinin iclası keçirilib. Bu haqda bu gün, 8 iyul tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
İclas zamanı komitənin apardığı monitorinqin nəticələri müzakirə edilib, catışmazlıqlar diqqətə çatdırılıb və həll yolları göstərilib. Bundan əlavə, meymunçiçəyinə dair təlimat personalın nəzərinə çatdırılıb və icra mexanizmi izah edilib.