Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü işinin davamı olaraq görüş təşkil olunub. Sumqayıt24 bu haqda mərkəzin Facebook səhifəsinə istinadən xəbər verir.
Bu dəfə görüş Saray qəsəbəsi 3 saylı tam orta məktəbdə buraxılış sinif şagirdləri ilə baş tutub. Onlara peşə təhsilinin əhəmiyyəti, tədris olunan ixtisaslar, mövcud imkanlar, qəbul qaydaları haqqında məlumat verilib.
Sonda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.