Sumqayıtda Peşə təhsil mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə SOCAR TTSİ xəbər yayıb.
Sözügedən mərkəz "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərir. İdarənin rəisi Fuad Süleymanov tətbiq olunan standart və əldə edilmiş akkreditasiyalar haqqında məlumat verib.
Beynəlxalq əlaqələr şöbəsinin rəisi Zaur Bəşirov TTSİ-yə aid statistik göstəriciləri təqdimat vasitəsilə nümayiş etdirib.
Tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.