Sumqayıtlı şagirdlər Peşə Təhsil Mərkəzində növbəti dəfə ekskursiyada olublar. Bu haqda bu gün, 7 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, 25 nömrəli orta məktəbin 9-cu sinif şagirdləri sərgidə iştirak ediblər. Məktəblilərə mərkəzdə tədris edilən peşələr haqda ətraflı məlumat verilib.
Daha öncə, 23 və 26 nömrəli məktəblərin şagirdləri bu mərkəzdə ekskursiyada olmuşdur.