Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində açıq dərslərin keçirilməsinə başlanılıb. Bu barədə 15 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Kimyəvi analiz laborantı ixtisası üzrə 2-ci kursda təhsil alan tələbələrə "Məhlulların elektrik keçiriciliyi" mövzusu ilə bağlı məlumat verilib. Açıq dərs istehsalat təlimi ustası Məlahət Həsənova tərəfindən təşkil olunub.
Əsas məqsəd təlim metodlarının düzgün istifadə edilməsi, dərsin planı və mövzu üzrə biliklərin qiymətləndirilməsidir.