Sumqayıtın daha bir Peşə Təhsil Mərkəzində "Açıq Qapı" günü elan edilib. Bu haqda bu gün, 26 may tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, bu kimi tədbiri keçirməkdə məqsəd şagirdləri və valideynləri mərkəzin fəaliyyəti ilə yaxından tanış etməkdir. Tədbirdə müxtəlif ixtisaslar üzrə master-klaslar, sərgilər təşkil ediləcək.
Maraqlanan şəxslər 27 may saat 12:00-dan 14:00-dək 42-ci məhəllə, Koroğlu prospekti 266 ünvanına yaxınlaşa bilərlər.
Əlaqə telefonu: (018) 644-47-78