Sumqayıtda 12 Noyabr – Konstitusiya Günü münasibətilə dəyirmi masa təşkil edilib. Sumqayıt24 bu barədə 12 noyabr tarixində xəbər verir.
Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə tarix müəllimi Könül Hacıyeva Konstitusiyanın tarixindən, yaranmasından, onun əhəmiyyətindən və hər bir Azərbaycan vətəndaşı üçün yaratdığı imkanlardan danışıb. Tələbələrin iştirakı ilə keçirilən dəyirmi masada maraqlı məlumatlar mübadiləsi və müzakirələr aparılıb.