Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində vakansiya elan edilib. Bu haqda bu gün, 22 iyul tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər veririk.
Turizm sahəsində iaşə üzrə mütəxəssis kimi çalışmaq istəyən şəxslər 19-27 iyul tarixlərində https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Ərizələri təsdiq edilən namizədlər 3 avqust tarixində ixtisas (40), tədris metodikası (10) və məntiqə (10) aid suallardan ibarət test imtahanında iştirak edəcəklər.