Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin məzunu yarışa qatılıb. Sumqayıt24 bu haqda 8 dekabr tarixində xəbər verir.
Aydan Səfərovanın aşpazlıq üzrə iştirak etdiyi "Skills Azərbaycan 2023" birinciliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, "WorldSkills Azerbaijan" təşkilatı və "CÀSÀ BAKU" kulinariya sənətləri mərkəzi tərəfindən keçirilib. İştirakçılar Avropa və Asiya mətbəxindən müxtəlif yemək nümunələri hazırlayıblar.
Məzunumuz A. Səfərova uğurlu iştirakına görə Sertifikata layiq görülüb.