Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün ekskursiya keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
"Turizm sahəsində iaşə üzrə mütəxəssis" ixtisasında təhsil alan I kurs tələbələri “Sumqayıt Plaza Hotel”də olublar. Onlar burada fəaliyyət göstərən "Mirvari" restoranının ana mətbəxi, "Sky" bar, SPA mərkəzi, Qonaq Qəbulu bölməsi və qonaq otaqları ilə tanış olublar.
Restoranın direktoru Vüsal Mikayıllı tələbələrə "Qonaqlama üsulları" və "Qastronomik turizm" mövzularında ustad dərsi keçib.