Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri istehsalat təlimi dərsləri keçirlər. Sumqayıt24 bu haqda 3 mart tarixində xəbər verir.
"Dərzi" ixtisası üzrə 3-cü kursda oxuyan gənclər dərslərini “Alyans Tekstil” tikiş fabrikinin bazasında davam edirlər. Burada modellərin hazırlanması üçün yapon və alman avadanlıqlarından istifadə olunur.