Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi mükafatlandırılıb. Bu haqda 14 mart tarixində Sumqayıt24 xəbər verir.
Tədris ocağının tələbəsi Aysel Şirinova şəhərin ictimai həyatında fərqləndiyinə və mədəni-kütləvi tədbirlərdə fəallıq göstərdiyinə görə Fəxri Fərmanla təltif edilib.
Mükafat Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təqdim olunub.